Daha ağıllı uşaqlar üçün bu qidaları yeyin

Yumurta sarısı, yağsız qırmızı ət, quş əti, balıq, paxlalar, qoz və kələmin bütün növləri (ağ kələm, gül kələm, brussel kələmi və s.) ana bətnində olan uşağın beyninə müsbət təsir edir.

Kornell Universiteti (ABŞ) alimləri araşdırmalar zamanı aşkar ediblər ki, bu qidalar körpənin zehni inkişafına müsbət təsir edir.

Araşdırmada 26 hamilə qadın iştirak edib. Onların qidalanmasında sadaladığımız məhsulların miqdarı artırılıb. Araşdırma göstərib ki, eksperimentdə iştirak edən qadınların dünyaya gətirdiyi uşaqlarda məlumatı qavramaq sürəti kiçik yaşlardan yüksək olub. Bu isə gələcəkdə İQ səviyyəsinin yüksək olmasına işarə edir.



Davamı →

Yansinin qaydaları

Amerikanın tanınmış kardioloqu Klayd Yansi insana uzunömürlülük bəxş edə bilən qaydaları tərtib edib. Yansinin fikrinə görə, insan orqanizmi uzun həyata proqnozlaşdırılıb. Onun fikrinə görə, həyatımızı ilk növbədə sağlam olmayan vərdişlər qısaldır. 90 və ya 100 yaşınızı qeyd etmək istəyirsinizsə, Yansinin qaydalarına riayət edin.

1. Fiziki aktiv olun
Yansinin fikrinə görə, fiziki aktivliyin az olması insan həyatını ən azı 4 il qısaldır. Azhərəkətli insanlarda ürək xəstəlikləri və insultun riski daha çox olur. Mütəxəssis qaçış, üzgüçülük, sürətli yeriş, idman oyunları ilə məşğul olmağa çağırır.
Davamı →

Gecə qidalanmaq üçün 5 faydalı məzə

1. Gilas
Yay meyvələrinin ən sevilənlərindən biri olan gilas eyni zamanda yuxuya dalmanı da asanlaşdıran bir meyvədir. Şişkinliyə xeyirdir və tərkibindəki antioksidanlarla ürək xəstəliklərinə qarşı qoruyucudur.

Axşam yeməkdən sonra 15 gilas 1 porsiya meyvə yeyə bilərsiniz, amma hər şeyin artığının yağ olaraq yığıldığını və porsiyalara diqqət etməli olduğunuzu unutmayın.
Davamı →

Çörəkdən imtina üçün 8 səbəb

Görəsən, bizim nənə və babalarımız ağlına gətirərdimi ki, bəşər tarixinin möcüzələrindən biri sayılan çörək nə vaxtsa sağlamlığın düşməni elan olunacaq. Son vaxtlarda qlütensiz çörək dəbdəbir. Qənnadı məhsullarından imtina sağlam həyat tərzinə doğru mühüm addım kimi qiymətləndirilir. Minlərlə bloger instaqramda paylaşır ki, çörəkdən imtina etməklə özünə ən böyük yaxşılığı edib.

Onların nəticələri heyrət doğurur: Dəri yaxşılaşır, çəki azalır və bədən enerji ilə dolur. Bəs, görəsən, bütün bunlarda həqiqətlər varmı?
Davamı →

Yaponların qidalanma sistemi

Uzunömürlülüyə görə, yaponlar mütləq rekordçulardır. Onlar həm də haqlı olaraq dünyanın ən arıq xalqlarından biri sayılır. Ölkə əhalisinin orta hesabla 3%-i artıq çəkidən əziyyət çəkir.

Bu məsələdə yaponların qida mədəniyyətinin rolu az olmayıb. Yaponiyada hökumət tərəfindən rəsmən tövsiyə edən qida sistemi mövcuddur. Bu sistemi 2000-ci ildə bir neçə nazirlik hazırlayıb və o «Fırfıra» (populyar uşaq oyuncağının şərəfinə) kimi tanınır.
Davamı →

İmmuniteti möhkəmləndirən qidalar

Payız-qış fəsillərində soyuqdəymə xəstəliklərinin sayı kəskin artır. Bu xəstəliklərdən qorunmağın ən yaxşı üsulu immuniteti daim yüksək səviyyədə saxlamaqdır. Mütəxəssislərin fikrinə görə, bu işdə bəzi qida məhsulları kömək edə bilər.

1. Toyuq bulyonu
Kollaqen, minerallar və aminturşuları ilə zəngin olan toyuq bulyonunu «təbii antibiotik» adlandırırlar. Bulyon immun sistemini aktivləşdirərək virus və soyuqdəymə xəstəliklərinin riskini azaldır. Təbii ki, söhbət «kənd» toyuğundan bişirilmiş bulyondan gedir.

Bulyonun tərkibində olan «sistein» adlı amin turşusu nəfəs yolları xəstəlikləri zamanı çox yaxşı kömək edir — bəlğəmin çıxmasını asanlaşdırır, nəfəsalmanı yüngülləşdirir, sağalmanı tezləşdirir.
Davamı →

Bal damarları xolesterindən təmizləyir

Vaşinqton Universiteti (ABŞ) alimləri araşdırma zamanı aşkar ediblər ki, balın tərkibində olan maddə damarları xolesterindən təmizləyir və bununla da infarkt və insultun riskini azaldır.

Xolesterinin yığılması nəticəsində damarlar daralır, zəifləyir, öz elastikliyini itirir. Belə damarların partlaması riski çox yüksək olur. Bu isə öznövbəsində infarkt və ya insulta səbəb ola bilər.

Araşdırma göstərib ki, balın təsirindən damarlarlarda yığılmış xolesterin 30% qədər azalır. Bunun səbəbi balın tərkibində olan şəkər treqalozadır. Məhz treqaloza damarların xolesterindən təmizlənməsi proseslərini stimullaşdırır.

Bal qanın ürəyə axmasını gücləndirir ki, bu da damarları genişləndirir. Balın tərkibində olan antioksidantlar isə damarlarda trombların əmələ gəlməsinin qarşısını alır.
Davamı →

Hər gün 5 zeytun

İspaniya alimləri sübut edir ki, zeytunun qabığında olan bioloji aktiv maddələr xərçəng hüceyrələrini məhv edir, xərçəng şişinin inkişafını ləngidir.

Yeni araşdırmanın nəticələri Journal of Molecular Biology jurnalında dərc olunub. Mütəxəssislər zeytunun xüsusilə bağırsaq və süd vəzi xərçənginə qarşı effektli olduğunu sübut edirlər. Nəzərinizə çatdıraq ki, bu 2 xərçəng növü ən yayılmış sayılır.

Davamı →